Ekvador prezidentinin korteji atəşə tutulub | VİDEO

      Ekvador prezidentinin korteji atəşə tutulub    | VİDEO
  08 Oktyabr 2025    Oxunub:675
Ekvador prezidenti Daniel Noboanın korteji Kanyar kantonunda silahlı hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, Ekvadorun “Radio Atalaya” radiostansiyası belə məlumat yayıb.

“Kanyar kantonunda prezident Daniel Noboanı və digər hökumət rəsmilərini daşıyan maşınlara atəş açılıb”, - radiostansiyanın “X” sosial şəbəkəsində yerləşdirdiyi məlumatında deyilir.

Prezident administrasiyasının bildirdiyinə görə, insident Noboanın Kanyara səfəri çərçivəsində 4,5 milyon dollar dəyərində çirkab su təmizləyici qurğunun tikintisinə başlanılacağını və kanalizasiya sistemlərinin işə salınacağını elan etməli idi.

- Mülki şəxslərin də olduğu kortejə hücum radikal qrupların sifarişi ilə təşkil edilib. Hücumla bağlı saxlanılanların hamısına qarşı terrorizm və adam öldürməyə cəhd ittihamı irəli sürüləcək, lakin saxlanılanların sayı dəqiqləşdirilməyib”, - prezident administrasiyasının mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Primicias” portalının məlumatına götrə, etirazçılar prezident kortejini daşa da tutublar. Energetika, Mədənçıxarma və Ətraf Mühit naziri İnes Mansano dövlət başçısının getdiyi avtomobildə “güllə izləri” göründüyünü deyib.

Maraqlıdır ki, yaşanan insidentə baxmayaraq, Noboa planlaşdırdığı tədbirləri ləğv etməyib.

Xatırlaadq ki, Ekvadorda yolların kəsilməsi və hüquq-mühafizə orqanları ilə toqquşmalarla müşayiət olunan etiraz aksiyaları prezidentin sentyabrın 12-də dizel yanacağına subsidiyaların ləğvi haqqında fərman imzalamasından sonra başlayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ekvador   prezident   hücum  



Xəbər lenti